Azərbaycanlı milyarder :”Bizə qarşı münasibət…”backend

Azərbaycanlı milyarder :”Bizə qarşı münasibət…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lukoylun Türkiyə ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin satışında azalma müşahidə edilmir.

Bu barədə jurnalistlərə, şirkətin rəhbəri Vahid Ələkbərov verib.

\”Biz Türkiyədəki yanacaq doldurma məntəqələrimizdə satışın aşağı düşməsi hallarını hələki müşahidə etmirik. Siyasi arenada vəziyyətin gərginləşməsinə baxmayaraq bizə qarşı münasibət olduğu kimi davam etməkdədir “-deyə o, əlavə edib.

Lukoyl neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənaye -maliyyə kompleksinə malik olan \”LUKOYL\” şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda da fəaliyyət göstərir.

Türkiyə və Rusiaya arsında müasibətlər Rusiyaya məxsus Su24 təyyarəsnin Türkiyə-Suriya sərhəddində vurulmasından sonra gərginləşib.

Daha sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi və təhlükəsizlik tədbirləri planı haqqında sərəncam verib.

Belə ki, 2016-cı il yanvar ayının 1-dən Türkiyədən gətirilən bir sıra ərzaq mallarına və bu ölkə ilə vizasız rejimin və çarter reyslərin ləğv edilməsi barədə qadağalar qoyub.

Bundan əlavə 2016-cı il yanvar ayının 1-dən Türkiyə vətəndaşlarını işə götürmək qadağan edilir.

Prezident həmçinin Rusiya ərazisində, Türkiyənin yuridiksiyası altında olan şirkətlərini fəaliyyətinin dayandırmaq yaxud da məhdudlaşdırmaq barədə tapşırıqlar verib.

İnterpress.az