Virtualaz.org birjalara istinadən xəbər verir ki, günün əvvəlində “Brent” markalı neftin barreli daha 2 faiz azalaraq 30 dollar həndəvərində dayanıb. Az əvvəl isə qiymət 30 dollar psixoloji həddini də keçib və Bakı vaxtı ilə saat 13.15-ə olan məlumata əsasən 1 barrel “Brent” nefti 29.86 dollaradır. Bu, səhərki qiymətə nisbətən 3 faizdən çox ucuzlaşma deməkdir. İndi analitiklər neftin 20 dollarlıq psixoloji həddə doğru geriləyəcəyini gözləyirlər.
İnterpress.az