İnterpress.az-ın “İnterfaks”a istinadən məlumatına görə, bunu ölkə baş nazirinin birinci müavini Batıkjan Saqintayev bildirib.
B.Saqintayev deyib: “Dünya bazarında neftin sürətlə ucuzlaşmasını və qeyri-müəyyən situasiyanı nəzərə alaraq dövlət başçsının göstərişi ilə hökumət neftin 20 dollar olacağı halda gözlənilən iqtisadi ssenariləri gözdən keçirir”.
Bu qəbildən olan proqnozlar hökumətin iqtisadi şurasının yanvar ayının 19-da keçiriləcək iclasında da müzakirə ediləcək. Amma hakimiyyət artıq büdcə üzrə sərt qərarlar qəbul etməyə hazırdır.
“Ola bilər ki, biz büdcə üzrə sərt qərarlar qəbul etməli olacağıq. Bununla yanaşı, sosial sahənin və “Nurlı Jol” (mənzillərin ilkin ödəniş olmadan minimal faizlərlə təqdim edildiyi dövlət proqramı) inkişaf proqramının bütün xərcləri saxlanılacaq”, – Saqintayev deyib.
O, həmçinin hakimiyyət tərəfindən böhran əleyhinə tədbirlərin maliyyələşdirilməsi üçün əlavə ehtiyatların ayrıldığını bildirib.
Baş nazirin müavini 2015-ci ildə Qazaxıstan iqtisadi inkişafının 1,2% artdığını da deyib.
İnterpress.az