Deputat: “Etikalı danışmaq məmurların vəzifəsi və borcudur”backend

Deputat: “Etikalı danışmaq məmurların vəzifəsi və borcudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına açıqlamasında icra başçısının yaranmış gərgin vəziyyətdə əsəblərinə hakim ola bilmədiyini qeyd edərək, bunun mətbuatda şişirdilməsinin tərəfdarı olmadığını bildirib:

“İndi gərgin bir dövrdür, hamı əsəbidir. Cəbrayılın icra başçısı özü də köçkündür. Daim torpaqlarından didərgin düşən insanlarla təmasdadır. Ona görə də mən bu məsələyə xüsusi qiymət vermək istəmirəm. “Dövlət qulluçusunun peşə etikası kodeksi” var. Dövlət qulluqçusunu, məmuru işə təyin edən rəhbərlər var, onlar özləri bilərlər nə edərlər. Belə məsələləri gəlin gərgin bir dövrdə hallandırmayaq. Mən özüm də bu xəbərləri saytlardan oxudum. Təbii ki, icra başçısının hərəkələrini və eyni zamanda bu məsələyə kənardan başqa formalarda verilən şərhləri bəyənmirəm”.

Musa Quliyev məmurun vəzifə məsuliyyəti ilə yanaşı, mənəvi məsuliyyətinin də olduğunu vurğulayıb: “İstənilən halda ilk növbədə insan öz davranışına hər zaman diqqət etməlidir. Dövlət dövlət qulluqçusu, əgər onu vəzifəyə təyin edib etimad göstəriblərsə, belə məsələlərdə daha çox diqqətli olmalıdırlar. Qanun çərçivəsində və etikalı danışmaq məmurların borcu və vəzifəsidir. Bu, birmənalıdır. Digər tərəfdən, istər məmur, istərsə də rəhbər şəxs olsun, ona tapşırılan vəzifə ilə yanaşı, mənəvi və vicdan məsuliyyətinə də malik olmalıdır. Hər kəs emosiyalarını cilovlasa, yaxşı olar. Amma istənilən anda biz indiki gərgin vəziyyətdə müəyyən məsələlərə təpki verərək, bəzi strukturların işlərini poza bilərik. O insan ola bilsin ki, əsəbi vəziyyətdə olub. Ən yaxşı variant olar ki, indi icra başçısı çalışsın ki, həmin adamın kölnünü alsın. Bu məsələlərin şişirdilib mübahisələrə çıaxarılmasının tərəfdarı deyiləm”.

İnterpress.az