Tənzilə Rüstəmxanlı Türkiyədən gələn nümayəndə heyəti ilə görüşüb.
İnterpress.az xəbər verir ki, TESİAD və TESAM-ın qurucu başqanı Dr. İlyas Bozkurtun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan–Türkiyə Evinin başqanı, Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlını ziyarət edib.
Görüş zamanı Azərbaycan–Türkiyə münasibətlərinin inkişafı, Türk dünyası ölkələri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qardaş Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsinin və Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Tənzilə Rüstəmxanlı görüşlə bağlı qonaqlara səfərləri və səmimi görüş üçün təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, eləcə də Türk dünyası daxilində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.






