Boeing şirkəti uçuş əsnasında gövdəsinin bir parçası qopan 737 Max 9 tipli təyyarə ilə bağlı səhvlərini qəbul etdiklərini açıqlaYIB. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Alyaska Hava Yollarına 1282 saylı uçuş həyata keçirən 737 Max 9 tipli təyyarənin gövdəsinin bir hissəsi qırılıb və havaya qalxdıqdan qısa müddət sonra yerə yıxıldı və təyyarədə dəlik yaranıb.
Təyyarə Portlenddə məcburi eniş edərkən xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Şirkətin baş direktoru Dave Calhoun hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürdüklərini və “prosesi tam şəffaflıqla aparacaqlarını” bildirib.
Qırılan hissə təcili çıxış qapısı kimi nəzərdə tutulmuş, lakin istifadəyə yararlı olmayan hissə idi. 27 kiloqramlıq parça Portlenddə bir evin bağçasına düşüb.
Ötən cümə hadisəsindən sonra ABŞ-da hava yolları tərəfindən istifadə edilən 171 Boeing 737 Max 9 tipli təyyarə yoxlama üçün anqara çıxarılıb. Başda Alyaska və United Airlines olmaqla yüzlərlə reys ləğv edilib.
Türk Hava Yolları da bu tip 5 təyyarənin yoxlanılacağını açıqlayıb.
Amerikanın çoxmillətli şirkəti olan Boeing 737 Max tipli təyyarələrində yaranan problemlər səbəbindən çətin dövr yaşayır.
Calhoun həmçinin əlavə edib ki, qəzanın səbəbini açıqlamaq üçün ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) ilə birlikdə çalışacaqlar.
Nəhayət, United və Alaska Airlines, donanmalarında olan Max 9 tipli təyyarələrdə bəzi boltların boş olduğunu açıqladı.