Ordumuzun çavuşu şəhid oldubackend

Ordumuzun çavuşu şəhid oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu cəbhədə itki verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumatda qeyd olunur ki, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçumuz, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

Ordumuzun çavuşu şəhid oldu

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

İnterpress.az