Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”backend

Ceyms Uorlik: “İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik \”Amerikanın səsi\”nə müsahibəsində \”Azərbaycan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin Avropa Şurası Parlsment Assambleyasına Dağlıq Qarabağla bağlı qətnamə barədə çağırış etməsini kəskin tənqid edib. Həmsədrlərin belə çağırış etməsi hansı zərurətdən irəli gəlib?\” sualını cavablandırarkən deyib.

Amerikalı həmsdər münaqişənin həlli elementlərinin müzakirələrini davam etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla hər zaman görüşməyə hazır olduqlarını söyləyib.

\”Münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə – BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, və xüsusi olaraq – ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır. Münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır\”, – o, vurğulayıb. (“Report”)

İnterpress.az