Martın 29-dan 30-a keçən gecə “Moskva” univermağında oğurluq hadisəsi baş verib. Oğrular üzlərini təhlükəsizlik kamerasından gizlətmək üçün qara maskada olublar. Satıcılardan verilən məlumatlarda Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında yerləşən univermaqdan təxminən 300 min manat dəyəri olan qızıl-zinət əşyasının oğurlandığı bildirilib. Qeyri-rəsmi əldə elədiyimiz başqa bir məlumatda qeyd edilib ki, hadisəni törədənlər iki nəfər olub. Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb. Artıq 10-dan çox şəxs hadisə ilə bağlı dindirilmək üçün Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsinə çağırılıb.
İnterpress.azhttps://youtube.com/watch?v=du2ZitibpGA