Rayon İcra Hakimiyyətindən bildirdilər ki, artıq əraziyə baxış keçirilib. Yarımstansiyadan əlavə kəndlərin bir neçəsində elektrik dirəklərinin də sıradan çıxdığı müəyyənləşdirilib. Üstəlik bəzi ərazilərdə qaz təhcizatında da problem yaranıb. Səhər saatlarından etibarən bərpa işlərinə başlanacaq.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov səhər infrastrukturun bərpası istiqamətində işlər başladılacağını deyib.
“Səhərə 4 qrup hazırdır ki, kəndlərdə sıradan çıxan işıq xətləri, işıq dirəkləri və eyni zamanda yarımstansiyanın bərpası üçün işə başlasın. Sabahları günün II yarısına qədər orada işləyəcəklər və əhaliyə işıq, qaz veriləcək. Bütün ləvazimatlar var və mütəxəssis qrupu hazır vəziyyətdə gözləyir.”
İH-dən onu da bildirdilər kİ, əgər ehtiyac yaranarsa işlərin sürətləndirilməsi üçün qonşu rayonlardan da mütəxəssilər dəvət ediləcək. (ans)
İnterpress.az