Xalq ayağa qalxdı-İslandiyanın baş naziri istefa verdi-VİDEObackend

Xalq ayağa qalxdı-İslandiyanın baş naziri istefa verdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyanın baş naziri Sigmundur Gunnlaugssonun istefa səbəbi çox maraqlıdır.

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir Sigmundur Gunnlaugsson Panamada ofşor şirkət sahiblərinin və ortaqlarının siyahısının açıqlanmasından sonra xalqın etirazına cavab olaraq istefa verib.

Belə ki, Panama sənədlərində bu nazirin qiyməti milyonlarla dollar həcmində olan bir şirkətə sahib olduğu bəlli olub. Bu açıqlamada sonra İslandiyada xalq etiraz aksiyalarına başlayıb.
Sigmundur Gunnlaugsson aprelin 5-də prezsident Olafur Ragnar Grimssondan parlamentin buraxılmasını tələb etsə də ölkə başçısı bunu qəbul etməyib.

Etirazçı xalq İslandiyada Parlament binasının qarşısında aksiyaya toplaşıb “oğru nazirin” istefasını tələb ediblər.
Qeyd edək ki, 2007-ci ildə vergi cənnəti adlandırılan Virciniya adalarında “Wintris Inc” adında bir ofşor şirkətini islandiyalı nazirin 35 milyon dollara satın alması haqqında sənədlər yayımlanıb.
Bundan əvvəl “Panama sənədləri” adlanan məlumatda onun və həyat yoldaşının Panamada “Wintris” adlı ofşor şirkəti olduğu bildirilirdi.
Əgər xatırlayırsınızsa, İslandiya tarixdə ən dərin iqtisadi böhranı da məhz 2008-ci ildə yaşayıb.
2013-cü ildə İslandiyada baş nazir vəzifəsinə gətirilən Gunnlaugssonun 2009-cu ildə ofşor ərazidəki Vintris şirkətinin hissələrini 1 dollara həyat yoldaşına satdığı bəlli olub. Araşdırmalar zamanı baş nazirin vəzifəyə gəlməzdən öncə banklardan fırıldaq yolu ilə böyük məbləğdə götürdüyü kreditlərin sonradan geri qaytarmadığı da üzə çıxıb.

Xalq ayağa qalxdı-İslandiyanın baş naziri istefa verdi-VİDEO

İnterpress.az