Rəsmi Bağdad hasilatın azaldılması barədə qərarı təqdirə layiq hesab etsə də, ona qoşulmayıb.
İnterpress.az anspress-ə istinadən bildirir ki, İraqda hasilatın rekord həddə çatdırılması barədə məlumatı Bloomberg yayıb. Hasilatının azaldılması barədə növbəti görüşün isə aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutacağı bildirilir.
Hələ yanvarda İraqın neft hasilatı rekord həddə – sutkada 4.43 milyon barel təşkil edib. Fevralda bu rəqəm gündəlik olaraq 4.46 milyon, mart ayında isə hasilat daha da artaraq 4.55 milyon barrel təşkil edib.
İraq, həmçinin neft ixracatını da artırıb. Belə ki, bu ölkə mart ayında sutkda 3.81 milyon barrel neft ixrac edib ki, bu da fevral ayında gündəlik 3.23 milyon barrel təşkil edib.(Milli.az)
İnterpress.az