Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.
Onun sözlərinə görə, qanun layihəsi baxılması üçün İqtisadiyyat, Maliyyə, Ədliyyə nazirliklərinə, Azərbaycan Həmkarlar İttifaqına və Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasına göndərilib: \”Bu orqanlar tərəfindən şərhlər və iradlar alındıqdan sonra qanun layihəsi yekun olaraq tam hazırlanaraq baxılması üçün Nazilər Kabinetinə göndəriləcək\”.
İşsizlikdən sığorta işsizlik üzrə müavinətdən fərqlənəcək.
İşsizlikdən sığorta işsiz qalmış insanlara müəyyən dövr ərzində sığorta ödənişləri almağa imkan verəcək. Sığorta ödənişləri həmin şəxsin öz rəsmi əmək fəaliyyətində həyata keçirdiyi ayırmalar hesabına aparılır. (trend.az)
İnterpress.az