96 saatlıq hərbi hazırlıq dərsi – TƏHLİLbackend

96 saatlıq hərbi hazırlıq dərsi – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Sərhəd Qoşunları Xüsusi Təyinatlılarının keçirdiyi son əməliyyatlar həm daxildə, həm xaricdə qaranlıqlara işıq saldı. Öncə Rusiya bu aktı Türkiyənin Suriyaya cavab olaraq hazırlandığını, sonra isə Türkiyə Rusiyanın TANAP lahiyəsinə qarşı təxribatı olduğunu bəyan etdi.Ziddiyətli beynəlxalq münasibətlər fonunda Azərbaycan tərəfi öz neytral mövqeyini nümayiş etdirə bildi.

96 saatlıq əməliyyat bitər-bitməz, düşmən informasiya cəbhəsinə üz tutdu. Şoka düşmüş erməni cəmiyyətinin fikrini yayındırmaq üçün eyforik məlumatlar yaymağa çalışdılar. Bizim üçün informasiya cəbhəsinin səngərlərində isə bir sürü patsefist düşüncəli, düşmənə aşkarcasına “ ayı xidməti” göstərən, keçmişləri və soyları qaranlıq şəxslərin meydan suladığını gördüm.

Bir daha əmin oldum ki, bizdə nəinki ekstremal jurnalistika, heç jurnalistika yox imiş. Qələm dostlarımız inciməsin, müharibə şəraitində olan bir ölkə üçün bu faciədir. Burada çox az sayda qəzet və saytlarımızın heç nə gözləmədən bacardıqlarını etməsini də bildirməliyəm.

Birinci Qarabağ savaşında hər üzünə iştirakçı olduğum üçün bu şeyləri xatırlamaq mənim borcumdur.

Yadıma yaralandığım 12 mart 1992-ci il hadisələri düşdü. O tarixdə Ağdərədə 9 kənddə ağır döyüşlər getdiyi gün, Ağdam şəhər mərkəzini reaktiv mərmilərin dağıtdığı bir gecədə, 23:30 radələrində dəmir yolunda, vaqonlarda yaradılan səyyari hosbitala gətirildim. Anketdəki peşə qrafama “jurnalist” sözü yazılar-yazılmaz BBC, “Amerikanın Səsi”, TRT, “RTR Vesti” proqramının əməkdaşları və bir alman müxbiri ətrafıma yığışdılar. O sırada biz yox idik: başımız, “Azərbaycan” nəşriyyatındakı çayxanada “jurnalist batalyonu” yaratmaq söhbətlərinə qarşımışdı.

Br neçə ay bundan öncə dəvət oldğum bir “qrant tədbirində” müharibə dövründə qaçıb fərarilik etmiş bir adam gənclərə hərbi və savaş jurnalistikasını anladırdı.

Bu gün də o adamların heç birinin Facebook-da savaşla ilgili bir statusuna rast gəlməmişəm.Ona görə də bizim “informasiya savaşı kapralları”nın atdıqları raketlər jurnalistlər üçün tikilən binanın həyətinə düşə bilər. Bu artıq fərarilik yox, milli xəyanətdir. Ciddi hesab sorulmalı bir olaydır.

Düşmən tərəfi Birinci Qarabağ savaşında işlətdiyi “informasiya savaşı” taktikasını cüzi dəyişikliklərlə yenidən işə salıb. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu taktikanı bilməsi səbəbiylə uzaqgörən və uğurlu bir üsul seçdi. İnformasiyaların maksimum dərəcədə sızdırılmaması düşmən tərəfi çaş-baş salıb. Bu gün informasiya qıtlığından boğulan düşmən ən ucuz vasitələrə əl ataraq özünü ifşa edir. Bu gün düşmən əlaltılarının xalqı Müdafiə Nazirliyindən məlumat tələb etməyə çağırması düşmən sifarişidir.

Unutmaq lazım deyil ki, savaşın öz qanunları var və hər birimizin bu qanunlara tabe olmağımız vacibdir. Hazırda düşmənin dezinformasiya və təxribatlarına aşağıdakılar daxildir:

-Terror və s. ekstremal hadisələrin baş verəcəyi barədə şayiələrin yayılması;

-İctimai yerlərə, sosial şəbəkələrə, saytlara əsası olmayan xəbərlərin daşınması və yerləşdirməsi;

-Cəbhədə yayılan məlumatların, təslimçilik ruhlu xəbərlərin ötürülməsi;

-Dezinformasiyaların cəmiyyət şüurunun alt qatlarına sirayət etməsinə çalışmaq;

-Milli barışa, sabitliyə xələl gətirəcək şəkildə iqtidar-müxalifət münasibərlərinin kəskinləşdirilməsi;

-Yeni münaqişə ocaqlarının yaradılması;

-Müxalif meyilli radikal qrupların birləşdirilməsi;

-Müharibənin əleyhinə patsefist süarlı yürüyüşlərin təşkili;

-Erməni ordusunun məğlubedilməzliyi barədə mifin formalaşdırılması;

-Əldə edilmiş nailiyyətlərin heçə endirilməsi, silahlanmaya xərclənən vəsaitlərin şişirdilməsi.

-Düşmən tərəfinin itkilərinin qəsdən azaldılması və s.-ni əks etdirən kadrların, fotoşəkillərin və xəbərlərin yayılması, bu konteksdə bizim itkilərimizin şişirdilməsi.

-Müharibə əleyhinə patsefist çıxışlar;

-Etnik separatizmin alovlandırılması;

-İran, Türkyə, Rusiya, Türkmənistan, Gürcüstan kimi həmsərhəd ölkələrlə münasibətlərə xələl gətirə biləcək məqalələr, şərhlər və hətta statusların təşkili;

-Dini, irqi və məzhəb ayrı-seçkiliyi salmaq;

-Əhali arasında xof, qorxu, inamsızlıq və s. yaradan şayiələrin yayılması;

-Azad edilmiş ərazilərdə düşmənin əlindən alınmış hərbi-strateji mövqelərin əhəmiyyətinin miqyasının aşağı salınması;

-Cəbhəyanı bölgə əhalisi arasında qorxu, xof, xaos yarada biləcək şayiələrin yayılmasını təşkil etmək;

-Ölənlər,dağıntılar barədə ardıcıl informativ kadrların, xəbərlərin yayılmasının təşkili;

-Xalqımızın orduya inamını sarsıtmaq və s.

Bu istiqamətlərdə fəaliyyət göstərən atanızın oğlu, qardaşınız olsa belə, bilin ki, satılmışdır.

2 aprel 2016-cı il gecəsindən prosesləri ardıcıl izləməyə başladım. Düşmən cəbhəsində ən radikal müxalifətin belə, itkilər barədə siyahı tərtib etməsinə rast gəlmədim. Çünki Ermənistan Müdafiə Nazirliyi mətbuatla əlaqəni 2014-cü ildən qadağam edib. Buna baxmayaraq, hər kəs bu qurumun sızdırdığı informasiya ilə hesablaşır. Hadisənin ilk günü erməni tərəfin Azərbaycanın 84 nəfər itki verdiyini bəyan etməsindən dərhal sonra Almaniyada sığınacaq tapmış miqrantlar, “Xəzər” Hərbi Araşdırmalar İnstitutu adlı bir qurum və “Meydan TV” birgə səylə, xüsusi canfəşanlıqla şəhid siyahısı hazırlamağa girişdilər.

İlkin siyahı öncə 82 nəfər, daha sonra 87 nəfər və sonra 93 nəfərə çatdırıldı. Bu siyahıya Tovuz, Qazax bölgəsində hadisələr ərəfisində şəhid olmuş 6 nəfərin, Gədəbəy bölgəsində həlak olmuş 4 nəfərin, Beyləqan bölgəsində həlak olmuş 2 şəhidimizin, hospitalda müalicə olunan yaralı Aydın Həsənovun da adını salıblar.

Hazırda Ermənistan tərəfi bu siyahının ən az 200 nəfərə çatdırılmasını şifariş edib.

Siz də izləyin, Müdafiə Nazirliyinin yürütdüyü “informasiya siyasəti” taktikası düşmən tərəfin informasiyasızlılıqdan boğulduğunu, onun ən ucuz və inandırıcı olmayan vasitələrə əl atmasına səbəb olub.

Bu da bumeranq kimi düşmənin özünü ifşa edir. Dezinformasiyalarına mənbə tapa bilməyən düşmən öz yaratdığı və əlbir olduğu mənbələri deşifrə etməyə başlayıb. “Razm.info”, ”hurriyet.com”, “Xəzər” Hərbi Araşdırmalar İnstitutu, “Meydan” TV, Talışıstan Milli Televiziyası (Ermənistan), “Azərbaycan saatı”nın rus redaksiyası kimi şəbəkələrin ölkə həyatından xəbəri belə yoxdur.

Onlar şəxsi ambisiyalarına bu məmləkəti qurban verməyə hazır olan şəxslərdir. Müxalifətyönlü olmaq onlara maskalanmaq üçün vacibdir.(modern)

İnterpress.az