Məhsulların Azərbaycan dilində izahı yoxdur – VİDEObackend

Məhsulların Azərbaycan dilində izahı yoxdur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu isə açıq aşkar istehlakçı hüquqlarının pozulması deməkdir. Çünki, alıcı aldığı məhsulun tərkibi, təsiri və s. haqqında öz dilində məlumat almaq hüququna malikdir.

Məhsulun üzərini nə qədər axtarsaq da, Azərbaycan dilində bir kəlməyə belə rast gəlmədik. Halbuki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 3-cü maddəsində qeyd olunur ki, istehlakçının aldığı məhsul haqqında dolğun məlumat almaq hüququ var.

Məhsulların üzərində azərbaycan dilində stikerlərin və ya məlumat kitabçalarının vurulmaması isə bu qanunun pozulması deməkdir. Çünki istehlakçının aldığı məhsulun tərkibini, saxlanma şəraitini bilməməsi istifadədən sonra onda müəyyən fəsadlar yarada bilər.

İqtisadiyyat nazirliyindən isə məsələ ilə bağlı bildirdilər ki, istehlak bazarında markalanma ilə bağlı mütəmadi olaraq monitorinqlər, müşahidələr aparılır. Azərbaycan dilində izahatı olmayan məhsullar satışdan çıxarılır. Belə hallarla qarşılaşan vətəndaş nə etməlidri?

İnterpress.az