Türkiyə Rusiya gərginliyindən Ermənistan yararlandıbackend

Türkiyə Rusiya gərginliyindən Ermənistan yararlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gərginlik qızıl bazarına da ciddi təsirini ortaya qoydu. Belə ki, Türkiyədə qızıl alveri ilə məşğul olanlar Rusiyadakı daimi bazarlarını itiriblər. Qızıl ticarətçiləri hazırda iki ölkə arasında seçim etməkdədirlər. Bu İranla Ermənistandır. İran yeni açılan bazar olduğu üçün zərgərlər burda yer tutmaq istəyini reallaşdırmağa çalışırlar.
Bu durumdan istifadə edən Qapalıçarşı zərgərləri çarəni Ermənistana getməklə görürlər. Erməniəsilli zərgərlər bir tərəfdən ucuz işçi qüvvəsi olan ölkəyə gedib sanksiyaları bu ölkə vasitəsilə pozurlar. Yəni bu ölkədən Rusiya başda olmaqla digər Sovetlər Birliyi ölkələrinə qızıl satırlar.

Türkiyə Rusiya gərginliyindən Ermənistan yararlandı

Bu ölkələr arasında Ermənistan, Rusiya Belarus, Qırqızıstan və Qazaxıstanın təsis etdiyi Avrasiya Gömrük İttifaqı onlarınişini asanlaşdırır. Qapalıçarsıda bəzi dukan sahiblərinin obyekti bağlayaraq Ermənistana getdikləri və bu ölkədə zərgərliklə məşqul olduqları da məlum olub. Bəziləri isə iddia edir ki, qızıl tacirləri vergidən yayınmaq üçün Ermənistandan Türkiyəyə qaçaq yolla qızıl gətirirlər.

İnterpress.az