Green Cardın nəticələri açıqlandıbackend

Green Cardın nəticələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com xəbər verir ki, ABŞ-da yaşamaq və işləmək imkanı təklif edən “Green Card” (Yaşıl kart) nəticələri Azərbaycan saatı ilə saat 20:00-da açıqlandı.

Nəticələri öyrənmək istəyənlər https://www.dvlottery.state.gov/ linkindən istifadə edə bilərlər.

2015-ci ilin oktyabr ayında müraciət edənlərin nəticələri 2016-ci ilin may ayında açıqlanır və onların 2017-ci ildə ABŞ-a getməsi nəzərdə tutulub. Amerika dövləti 2017-ci ildə 50 min immiqrantı ölkəyə qəbul etməyi planlaşdırır.

Viza lotereyası qazananlar bir ay içərisində Amerika səfirliyinə müraciət etməlidir. Nəticələr bir ay müddətində siyahıda saxlanılacaq.

“Green Card” 2018-ci il üçün müraciət etmək istəyənlər bu ilin oktyabr ayının 1-dən noyabrın 3-nə qədər www.dvlottery.state.gov saytında qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu vizanı əldə edənlər 5 ildən sonra Amerika vətəndaşlığı almaq şansı qazanırlar.

İnterpress.az