Türkiyədə nəhəng tapıntı – 500 milyard dollarlıq (FOTO)backend

Türkiyədə nəhəng tapıntı – 500 milyard dollarlıq (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uludağın ətəyindəki Orhaneli mahalında 500 milyard dollarlıq nəhəng mərmər ehtiyatı ortaya çıxarkən, Türkiyədə ilk olaraq qurulması planlaşdırılan Orhaneli Mədən Sənaye Bölgəsi yaratmaq üçün işlər davam edir.

Bu gün Enerji və Təbii Sərvətlər Nazirliyi səlahiyyətlilərinin bölgəyə gələrək yer təsbiti üçün son qərarı verməsi gözlənilir. Mərmər ehtiyatının 500 milyard dollardanda çox olduğunu iddia edən Orhaneli Bələdiyyə Başçısı İrfan Tatlıoğlu, \”bir rayon kimi bir müddət içərisində ön araştırmalarımızı bitirərək, nazirlikdən razılığımızı aldıq. 5-6 may tarixlərində nazirlik səlahiyyətliləri son qərarı vermək üçün Orhanelinə gələcəklər.

Türkiyədə nəhəng tapıntı – 500 milyard dollarlıq (FOTO)

Türkiyədə nəhəng tapıntı – 500 milyard dollarlıq (FOTO)

Orhaneli sakinləri ilə birlikdə qərar veriləcək. Bu layihə, Bursanın bütün dairələr tərəfindən dəstəklənən bəlkə də ilk layihəsidir. Mən bu mövzuda iddialıyam. Ən az 500 milyard dollarlıq qazancın olacağı mərmər sektoruna hər kəsin investisiya qoymasını gözləyirik. Bu an 63 firmanın farbrika açaraq, mərməri işləyib satmaq üçün öhdəliyi var.(strateq.az)

İnterpress.az