“Dükanların bağlı olmasının heç kəsə xeyri yoxdur”backend

“Dükanların bağlı olmasının heç kəsə xeyri yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat həmin mağaza sahiblərinin vergidən azad edilməsini deyib. “Manatın devalvasiyasından sonra bir çox yerlərdə və təmsil olunduğum Nərimanov rayonunda kiçik mağaza sahibləri fəaliyyətlərini dayandırıblar.
Bizə məlumdur ki, onlar banklardan kredit alıb bu işi qurublar.

Amma bu gün fəaliyyətlərini davam etdirə və borclarını verə bilmirlər.

Təklif edirəm ki, monitorinqlər aparılsın və həmin mağaza sahibləri müəyyən müddətə vergidən azad edilsin ki, onlar işə başlasınlar

.Dükanların bağlı qalmasının heç kəsə xeyri yoxdur, amma onlar işləsə xeyli adam işlə təmin olunar və banklara borclar dövlət hesabına bağlana bilər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib.

O qeyd edib ki, bu günlərdə Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar müzakirə olacaq və ortaq qərara gəlinəcək.

“Deputatların fikirlərini dinlədim. Qeyd etmək istəyirəm ki, burada qaldırılan məsələlər diqqət mərkəzindədir”.(modern)

İnterpress.az