SOCAR- ın yeni inzibati binaya köçməsi niyə ləngiyir?backend

SOCAR- ın yeni inzibati binaya köçməsi niyə ləngiyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı Qubad İbadoğlu ləngimənin səbəblərinə aydınlıq gətirib.

O, buna səbəb kimi neftin dünya bazarlarındakı qiymətinin ucuzlaşmasından sonra ARDNŞ-nın maliyyə problemi ilə üzləşdiyini göstərib:
“Koreya Respublikasının \”Heerim Architects & Planners Co. Ltd\” şirkətinin layihələləndirdiyi, \”Heerim Architects & Planners Co. Ltd\” şirkətinin tikdiyi binanın ümumi dəyəri 235 milyon dollar təşkil edir. İnşaat işlərinin 32 aya başa çatması gözlənilən yeni inzibati bina artıq hazırdır.

Lakin, bir neçə konfrans zalı, qonaq otaqları, sosial-məişət obyektləri, yerüstü və yeraltı dayanacaqlar, texniki sahələr və idman zalı olan binanın komplektləşdirilməsi hələ başa çatmadığından ARDNŞ inzibati-idarəetmə orqanları yeni binaya köçə bilməyib.

Bunun səbəblərindən biri də ARDNŞ-in neftin dünya bazarında qiymətinin ucuzlaşmasından sonra qarşılaşdığı maliyyə çətinlikləri ilə izah olunur. Q.İbadoğlu ARDNŞ-nin ötən ili 1 milyard dollar zərərlə başa vurduğunu deyib:

“Belə ki, 2014-cü ildə 1 milyard 300 milyon manat xalis mənfəət qazanan şirkət 2015-ci ildə mənfəət əldə etməyərək, ötən ili 1 milyard manatdan çox zərərlə başa vurub.

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, manatın devalvasiyası şirkətin maliyyə fəaliyyətinə də mənfi təsir göstərib. Bununla yanaşı, şirkətin borcları 6,3 milyard dollar təşkil edir.

Odur ki, xüsusilə də xaricdə kapital qoyuluşlarını artıran, eləcə də dövlət adından böyük investisiya öhdəliklərinə malik olan şirkətin hazırkı maliyyə durumunda yeni inzibati binaya köçməsinin gecikdirilməsinin bir səbəbi aydın görünür”.(modern)

İnterpress.az