Evlərin qiyməti düşəcək (VİDEO)backend

Evlərin qiyməti düşəcək (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər deyirlər ki, daxili ipoteka kreditlərinə tələb azalacağından avtomatik evlərə də tələb aşağı düşəcək. Bu isə evlərin qiymətinə təsir edəcək.

Dollarla ipoteka kreditinə qoyulan qadağa daşınmaz əmlaka olan tələbatın azalmasına səbəb olacaq.

Belə ki, daxili ipoteka kreditlərinin əhəmiyyətli hissəsi məhz dollarla verilən kreditlərdir. Mövcud vəziyyətdə ipoteka kredtilərinin həcminə azalmalar olacaq ki, bu da əmlak bazarına birbaşa təsir edəcək

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, əmlaka tələbatın azalması qiymətin aşağı düşməsinə səbəb olacaq.

Ekspertin fikrincə, bu vəziyyətdən yaranmasının qarşını almaq üçün bankları stimullaşdırmaq vacibdir. Belə ki, bankların manat bazasını genişləndirmək lazımdır ki, manatla kredit verməkdə maraqlı olsunlar. (Xəzər TV)

İnterpress.az