Tehranın Azadi stadionunda baş tutan qarşıdurma Azərbaycan komandasının qələbəsi ilə başa çatıb.
İran futbol klublarının superliqası çərçivəsində keçirilən oyun “Traktor”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Traktor” tərəfindən Aqusto Sezar 22, Sruş Rəfii 42 və Alviz Nanq 79-cu dəqiqədə, “İstiqlal” tərəfindən isə Əmin Hacı Məhəmmədi 13 və Səccad Şəhbazzadə 48-ci dəqiqədə qol vurublar.
Bundan sonra Təbriz komandası ən prinsipial rəqibini məğlub edərək onun superliqa yarışlarında çempionluq şansını minimuma endirib. “Traktor” isə hazırda 48 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.
Oyundan sonra Təbriz komandasının coşqulu azərkeşləri Tehran stadionunu tərk edərkən “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Qarabağ bizimdir, bizim olacaq!” hayqırtıları ilə Türk-Azərbaycan düşmənlərinə meydan oxuyublar. Güneylilər bununla Şuşanı işğalda saxlayan ermənilərə və onların havadarlarına Qarabağ məsələsində Quzey Azərbaycanın yanında olduqları mesajını veriblər.(musavat.com)
İnterpress.azhttps://youtube.com/watch?v=os8KZsr3AaA