Yunanıstanın baş naziri pensiya və vergi islahatlarını müdafiə edirbackend

Yunanıstanın baş naziri pensiya və vergi islahatlarını müdafiə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu tədbirlər, bazar ertəsi Avrozonanın maliyyə nazirlərinin iclasında müzakirəyə çıxarılacaq gələcək beynəlxalq pul kütləsinin daxil olmasına yardım edəcək.

Cənab Tsipras deyib ki, dəyişiliklər pensiyaçıların əksəriyyətinə təsir etməyəcək və \”davamlı\” sistem yaradacaq.

Onun sözlərinə görə, yüksək səviyyəli yeniliklər ölkənin pensiya təminatını qoruya bilər.
Səsvermədən öncə etirazçılar mərkəzi Afinada polislərin üzərinə molotov kokteyli atıb və polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Həmkarlar İttifaqı bildirib ki, ölkə ikinci iqtisadi sıxıntıya tab gətirə bilməz.

Cənab Tsipras deyib ki, yeni qanun layihəsi \”sosial ədaləti əsas prinsip tutan davamlı\” sistem üçün nəzərdə tutulub və pensiyaçıların yalnız 7.5 faizi aldıqları müavinətdə azalma müşahidə edəcək.

O əlavə edib ki, Avrozona iqtisadiyyat nazirlərinin bazar ertəsi keçirəcəyi görüş o deməkdir ki, bu \”çox vacib gün olacaq\”. Belə ki, Yunanıstanın borcunun azaldılması qənaət haqqında \”uzun altı il\” aparılan müzakirələrdən sonra gündəlikdə idi.

Vergi və pensiya dəyişilikləri

Yeni və qeyri-populyar olan vergi və pensiya islahatlarının keçirilməsi ilə bağlı müzakirələr Yunanıstan parlamentində millət vəkilləri arasında iki gün davam edib.

Onlar bəzi pensiya ödəmələrini azaldacaq, bəzi pensiya fondlarını birləşdirəcək, sosial sığorta həddini artıracaq, o cümlədən orta və yüksək gəlirləri olanların vergi ödəmələrini artıracaq.

Ölkənin mərkəzi Afina və ikinci ən böyük şəhəri olan Thessaloniki-də minlərlə insan dinc aksiya keçirib.

Üç günlük ümumi tətil nəqliyyatı iflic vəziyyətinə salıb, ictimai sektoru və medianın işini zəiflədib.

Cənab Tsipras anti-qənaət məsələsinə yardım etmək üçün baş nazir seçilmişdi, sonradan Yunanıstan hökuməti 2010-cu ildə üçüncü beynəlxalq maliyyə yardımını imzalayıb.

Yunanıstan ötən il 86 milyard avro dəyərində üçüncü xilasetmə paketi barədə razılığa gəlib.

Beynəlxalq Valyuta Fondu və digər avropalı tərəfdaşlar tələb edir ki, Yunanıstan təxminən 4 milyard avro qənaət etmək üçün tədbirlər həyata keçirməlidir.

Ötən ilin yayında uzun müddətli iqtisadi böhrandan sonra Yunanıstanda böhran pik həddə çatmışdı və ölkənin avrozonadan çıxması təhlükəsi yaranmışdı.

Yunanıstan indi 2018-ci ilə qədər ölkənin ümumi daxili məhsulunun 3 faizi və ya 5.4 mlrd avro həcmində xərcləri azaltmaq planını həyata keçirmək istəyir (BBC).

İnterpress.az