İpoteka Fondundan AÇIQLAMA: 390 milyon manat…backend

İpoteka Fondundan AÇIQLAMA: 390 milyon manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İpoteka Fondundan verilən məlumata görə, bu günə qədər 9 emissiya üzrə 390 mln. manat məbləğində vəsait bazardan cəlb edilib.

İpoteka ilə təmin edilmiş istiqrazların emissiyası təkrar ipoteka bazarının inkişafında və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsində mühüm rol oynayıb.

İlk dəfə olaraq, 29 may 2009-cu il tarixində İpoteka Fondunun 55 000 000 (əlli beş milyon) manat məbləğində 7 il müddətinə AZ2001008682 nömrəli təmin edilmiş istiqrazları dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildiririk ki, Fondun aktiv və passivlərinin effektiv idarə edilməsi modeli, dayanıqlı likvidlik mövqeyi və kredit portfelinin yüksək keyfiyyəti sayəsində birinci emissiya üzrə öhdəliklər (55 mln. manat) hətta vaxtından əvvəl icra olunub.

Bununla da, Fondun ilk emissiyası uğurla və vaxtından əvvəl başa çatdırılıb. Uzunmüddətli öhdəliklərin idarəolunması sahəsində əldə olunmuş təcrübə nəticəsində Fondun növbəti istiqrazları üzrə də öhdəliklərin vaxtında icrası təmin olunacaq.(modern)

İnterpress.az