Azərbaycanda milyonlarla insanı səfalət gözləyirbackend

Azərbaycanda milyonlarla insanı səfalət gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Moody’s\” beynəlxalq reytinq agentliyi Rusiyadakı böhranın Azərbaycana da mənfi təsir göstərəcəyini proqnozlaşdırıb.

\”Rusiyadakı böhran Azərbaycanda vəziyyəti pisləşdirəcək\” sərlövhəli məqalədə qeyd edilir ki, bu ölkədə 1 milyon 200 min nəfərə yaxın azərbaycanlı yaşayır. Onlar il ərzində Azərbaycandakı ailələrinə toplam 2 milyard dollara yaxın vəsait göndərirlər: \”Rusiya yenidən iqtisadi və maliyyə böhranına sürüklənir. Təbii ki, bu fonda azərbaycanlıların ailələrinə göndərdikləri məbləğdə azalma gözlənir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda əhalinin müəyyən hissəsi Rusiyadan göndərilən pullar hesabına ayaqda durur. Bu mənada, Rusiya iqtisadiyyatının çökməsi Azərbaycanda milyonlarla insanın güzəranının pisləşməsi deməkdir. Rusiyadakı böhran Azərbaycanda onsuz da böhran durumunda olan mənzil bazarını və tikinti sektorunu bir qədər də çökdürəcək\”. (Bizimyol.info)

İnterpress.az