Cari ilin aprel ayı ərzində \”Azəriqaz\” İstehsalat Birliyində əhali sektoru üzrə 10 945 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2 484-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 8 461-i isə regionların payına düşüb.
\”Azəriqaz\”dan “ İnterpress.az-a verilən məlumata görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 898 433-ə çatıb.
Onu da qeyd edək ki, mayın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 129 878 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 356 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
İnterpress.az