Son zamanlar banklardan yox, lombardlara ziynət əşyaları qoyub kredit götürülənlərin sayı sürətlə artıb. Ölkədə baş verən iqtisadi drumla bağlı olaraq banklardan kredit götürmək müşkül məsələ olub. Banklardan kredit götürmək çətinləşsə də bu vəziyyət lombar sektorunda daha asandır. Sadə sənədləşmə ilə istənilən məbləği kredit götürmək münkündür.
Bəs görəsən lombardlardan kredit götürən vətəndaşların hüquqları qorunur? sualını şərh edən Millət vəkili Vahid Əhmədov bildirir ki, ölkədə lomnbardlarla bağlı ciddi qanun layihəsi yoxdur:
“ Vətəndaşlar kredit götürərkən diqqətli olsunlar. Lombardın şərtləri asan ola bilər. Amma öz mənafelərini müdafiə etmək, gəlir əldə etmə kimi aldatmaq halları isə qaçılmazdır. Çox güman ki, aldadırlarda. Məsələn, 1000 AZN dəyərində olan əşyaya 200-300 AZN- civarında kredit verə bilərlər. Əgər vətəndaş krediti qaytara bilməzsə həmin əşyanı satırlar verdikləri krediti götürürlər. Vətəndaşa isə cüzi məbləğ verirlər. Digər məbləği isə özlərinə götürürlər. Vətəndaşlar diqqətli olsunlar ki, verilən əşyaya düzgün qiymət təyin edilsin. Biz də bank sektorunda ciddi iqtisadi islahatlar aparırıq ki, banklar vətəndşalara əl çatan olsun”.
İqtisadi ekpsert Vüqra Bayramov isə bildirir ki, lombardların fəaliyyətinə Maliyyə Nazirliyi Nəzarət Platası nəzarət etməlidir. Nəzarətsiz qalan bəzi lombarlar vətəndşları aldatmaqda həvəslənirlər. Bnaklarda olduğu kimi lombarlarda da illik fazilərin limitləşdirilməsinə ehtiyac var. Bazar qanunlarına zidd olsa da, indiki halda inzibati metodlardan istifadə təssfük ki, qaçılmazdır. Bu halda lombarlarda illik 29%-dən artıq faiz ala bilməyəcəklər ki, nəticədə onlarında bankların qeyri-rəsmi filiaları kimi fəaliyyəti dayanacaq. Lombardlar üçün məcmu kapital və digər öhdəliklərin tətbiqinə ehtiyac var. Bu, lombardların məsuliyyətini artıracaq və fəaliyyətlərinə nəzaəti gücləndirəcək. Əsasən, girovlar ilə bağlı konkret məcburi qaydaların işlənib tətbiq edilməsinə də ehtiyac var. Məcburi qaydalar olarsa, borc götürənin əsl girovunu geri almaq problemi olmayacaq. Bunların reallaşdırılması çox vacibdir. Əks halda zirzəmilərdə və yarı-zirzəmilərdə fəaliyyə göstərən lombardların sayına uyğun olaraq aldadılan vətəndaşların da sayında da artımlar olacaq”.
Gülşanə Mustafayeva
İnterpress.az