Bunu Bakıda iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan-Niderland biznes forumunda deyib.
Onun sözlərinə görə, sərmayələrin ümumi həcminin üçdə birindən çoxu Azərbaycan iqtisadiyyatına son 3 il ərzində qoyulub: \”Son 3 il ərzində Niderland Azərbaycana 340 milyon dollar sərmayə qoyub. Ümumilikdə Niderland Azərbaycana sərmayələrin həcmi üzrə dördüncü yeri tutur\”.
S.Babayev qeyd edib ki, Niderland şirkətləri son illər Azərbaycanda 180 milyon dollar məbləğində müqavilələr imzalayıblar.
İnterpress.az