İnterpress.az saytı Dövlət Statistika Komitəsinin rəsmi məlumatına istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artaraq 485,5 manat təşkil edib.
Bundan başqa 2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9,0 faiz artaraq 13789,5 milyon manata çatıb.
Gəlirlərin 79,4 faizi son istehlak xərclərinə, 9,6 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib 8,3 faizi isə yığıma yönəldilib.
Gülşanə Mustafayeva
İnterpress.az