Əhalinin banklardakı əmanətlərinin məbləği AÇIQLANDIbackend

Əhalinin banklardakı əmanətlərinin məbləği AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatda bildirilib.

Qeyd olunub ki, vəsaitin 15203,4 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il aprel ayının 1-i ilə müqayisədə 4,6 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,7 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il aprel ayının 1-nə 7888,9 milyon manat təşkil edib. Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,52 manata (ilin əvvəlindən 1,56 manata), 1 Avroya – 1,72 manata (1,73), 100 Rusiya rubluna – 2,27 manata (2,13) bərabər olub.

Gülşanə Mustafayeva
İnterpress.az