Turizm bazarına səyahət kreditləri necə təsir etdi?backend

Turizm bazarına səyahət kreditləri necə təsir etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banklar tərəfindən səyahət kreditlərinin son zamanlar verilməməsi doğrudan da turizm şirkətlərinin satış bazarına təsirsiz ötüşməyib. Çünki səyahət arzulayan şəxlər, lakin bünün üçün yetərincə maddi inkanları olmayanlar, bu xidmət növündən əvvəllər yetərincə istifadə edirdilər. Amma indi vəziyyət tap fərqlidir.

Son vaxtlar səyahət kreditlərinin turizm şirkətləri tərəfindən verilməsi hansı səbəblərdən dayandırılıb? İnterpress.az- ın sualını şərh edən turizm eksperti Rüstəm Əhmədov bildirir ki, banklar hələ devalvasiya da onda baş verməmişdən öncə bütün kredit növlərindən əvvəl ilk növbədə səyahət kreditinin maliyyələşməsini dayandırdılar. Çünki istehlak və ya digər kredit növləri ilə müqayisədə bu kredit növü daha yüksək riskli kateqoriyaya aiddir.

R.Əhmədovun sözlərinə görə, Məsələn istehlak kreditlərində, bank ödəniş etməkdən boyun qaçıran və ya ödənişi ləngidən müştəriyə qarşı müxtəlif vasitələrdən istifadə etməklə ona girov müqabilində və ya girovsuz verilmiş əşya, malk -mülk və ya daşınar-daşınmaz əmlak üzərinə həbs tətbiq edə bilirdisə, burada həbs olunacaq bir predmet yoxdur:

“Məsələn insan vaxtı ilə iş yerindən arayış verir, sonra o işi tərk edir, işsiz statusu qazanır, müsadirə olunacaq kredit predmeti də ortada yox, iş çətinə düşür. Məhkəmə çəkişmələri bankların xeyrinə həll olunsa da yenə də, onlar üçün maliyyə xərcləri ilə müşayət olunurdu ki, bu da əksər hallarda boş vaxt itkisi və kağız üzərində qalan qərardadlarla nəticələnirdi. Bundan əlavə banlklar göstərdikləri xidmətlər və verdikləri kreditə görə heç də az olmayan faizlər qazanmaq istəyirdi, vətəndaş isə hətta kreditlə olduqda belə turların ucuz əldə olunmasına çalışırdı ki, bu və sadaladığım digər amillər sözügüdən kreditlərin sonda ümumiyyətlə dayandırılması ilə nəticələndi”.

Bundan başqa, ekspert bildirir ki, bu gün, səyahət krediti istəyən bəzi müştərilər müəyyən kredit kartları ilə də səyahətlərini realaşdıra bilirlər. Yəni onlar üçün ayrılmış kredit limiti ilə alış-veriş edə, məsələn səyahət paketi və ya istehlak predmeti ala sonra isə müəyyən faizləri ödəməklə borclarını bağlayırlar. Eyni zamanda tam kredit olmasa da ağıllı müştəri zamanında erkən rezervasiya sistemindən istifadə edir ki, səyahət paketini alan zaman ödənişin 30% -ni ödəyir, qalanını isə turun başlanmasına 5 gün qalana kimi, faizsiz və istənilən həcmdə hissə-hissə ödəməklə öhdəliyini başa vurur. Lakin təssüf ki, kreditdən fərqli olaraq, burada turun dəyəri tam həcmdə istirahətə yollanmazdan əvvəl bağlanmalıdır. Kreditdə isə fərqli cəhət budur ki, sən istirahət edib qayıtdıqdan sonra hissə-hissə edirsən\”.

Gülşanə Mustafayeva
İnterpress.az