İsti havalarda südün xeyribackend

İsti havalarda südün xeyri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii süd sümük inkişafı üçün böyük təsirlərə malikdir.
Amma bugünlərdə alimlər apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər ki, süd, isti havalarda artan su ehtiyacı və gümrahlığı qorumaq üçün lazımlı enerji qaynağıdır. Mütəxəssislərin hesablamalarına görə, 90 faizi sudan ibarət olan süd, bədənin su ehtiyacının bir hissəsini ödəyir. Bu isə onu göstərir ki, hər gün 2 stəkan süd içməklə maye ehtiyacının əhəmiyyətli bir qisimi qarşılana bilər. İçindəki kalsium, fosfor, yod, natrium və maqnezium kimi minerallar olan süd, yağda əriyən vitaminlərin (A, E, D, K) bədən tərəfindən sorulmasını da təmin edir.

İnterpress.az