Ruhumuzu sakitləşdirən türk qəhvəsibackend

Ruhumuzu sakitləşdirən türk qəhvəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yorğunluğu aradan qaldırır

Günün yorğunluğunu üzərimizdən atmaq üçün bol köpüklü türk qəhvəsi için.

Arıqladır

Qəhvə piylərin əritməsi prosesini sürətləndirən ən dadlı içkidir.

Yaddaşımızı gücləndirir

Qəhvə yaddaşsızlıq problemini də aradan qaldırır. Günün istənilən vaxtında türk qəhvəsi içmək yaddaşı gücləndirir.

Qaraciyər xərçəngindən müdafiə edir

Qəhvə qaraciyər xərçəngi riskini azaldılır. Mütəmadi olaraq qəhvə içənlərin sirroz kimi qaraciyər narahatlıqlarından daha az şikayət etdiyi bildirilir.

Şirniyyat istəyini azaldır

Aclıq və ya şirniyyat istəyini öldürmək üçün bir fincan darçınlı türk qəhvəsi için.

Bağırsaq xərçəngindən qoruyur

Həzmi asanlaşdıran antioksidant tərkibli türk qəhvəsi həm də bağırsaq xərçəngindən qoruyur.

Döş xərçəngindən qoruyur

Elmi araşdırmalarda türk qəhvəsinin döş xərçəngi riskini azaltdığı da sübut olunub.

Yüksək təzyiqi aşağı salır

Türk qəhvəsi qan təzyiqini tənzimləyir, əsəbləri sakitləşdirir.

Pis xolesterini azaldır

Türk qəhvəsinin tərkibindəki qoruyucu maddələr pis xolesterini aşağı salır.

Mədə ağrılarını yüngülləşdirir

Yeməkdən sonra əmələ gələn şişkinliyi və ağrını azaltmaq üçün türk qəhvəsi için.

Baş ağrılarını aradan qaldırır

Stress, gərgin iş rejiminin səbəb olduğu baş ağrılarını aradan qaldırmaq üçün türk qəhvəsi için.

Qara nöqtələri təmizləyir

Türk qəhvəsinin özü kimi qalıqları da faydalıdır. Qara nöqtələrə masaj edərək yeridilib ilıq su ilə yaxaladıqda qara nöqtələri təmizləyir.

Sellülitlə mübarizə aparır

Türk qəhvəsi qan dövranını sürətləndirici təsiri sayəsində sellülit yox edir. Gündə 1 fincan türk qəhvəsinin yanında 1 böyük stəkan su içərək sellülittən xilas olun.

Mədə və ürək bulanmasının qarşısını alır

Mədə və ürək bulanmasının qarşısını almaq üçün türk qəhvəsinin içinə bir neçə damcı limon suyu əlavə edib için.


İnterpress.az