Dünyanın hər yerində istər qadınlar,istərsə də kişilər artıq çəkidən xilas olmağın ən asan yollarını axtarırlar.Seçilən hər mübarizə səmərə verməyə də bilər. Bəs nə etməli?
Kökəlmənin qarşısını almaq üçün ilk baş vuracağınız iş pəhrizdir. Doğru tutulan pəhriz təkcə artıq çəkidən qurtulmağa görə yox,sağlıq üçün də vacib şərtlərdən biridir.Lakin bir incə məsələni də nəzərə almaq lazımdır. Pəhrizə rahat bir yol kimi baxmaq olmaz. Pəhriz başlanılan ilk günlərdə şirin qidalara,yağlı yeməklərə qarşı istək artır.Bu istəyə qalib gəlmək üçün dietoloqların bəzi məsləhətlərinə əməl etmək faydalı ola bilər:
1. Acdığınız zaman o dəqiqə nəsə yeməyə çalışmayın.Ən azı 10 dəqiqə gözləyin.Bu zaman sizdəki aclıq hissi heç nə yemədən belə azalacaq;
2. Aclıq güc gələn kimi dərhal bir stəkan su için. Mədəniz dolduğuna görə doyma refleksiniz sayəsində aclıq hissini aldatmış olacaq və aclığa tab gətirəcəksiniz;
3. Yanınızda limon varsa bir dilim kəsib suyunu için. İçilən bir dilim limon suyu da aclıq hissini azaldacaq;
4.Çalışın tez-tez, lakin az miqdarda qida qəbul edin. Mədəni çox ac buraxmayın ki,o ac qurda dönməsin.Hər zaman mədənizi dolu hiss edin.
5.Özəl hər hansı bir pəhriz insanı müəyyən vaxt istədiyi çəkidə saxlayır. Daha sonra o insanı tez bezdirir. Pəhrizlə bərabər edilən idman daha mükəmməl nəticə verə bilər. İdmanla məşğul olmaq üçün zamanınız yoxdursa daha çox hərəkətdə olmağa çalışın.
İnterpress.az