İşi ustadından soruş –  hər bir xanımın bilməsi lazımbackend

İşi ustadından soruş – hər bir xanımın bilməsi lazım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Botoks

Müasir kosmetologiya üz üçün bir neçə cavanlaşdırma proseduru təklif edir. Ən populyar qeyri-cərrahi cavanlaşdırma üsulu Botoks inyeksiyasıdır. Bu məhlul sinir impulslarının ötürülməsini blok etməklə əzələlərin hərəkətini əngəlləyir. Nəticədə mimik aktivlik azalır, qırış və qatlar itir, dəri hamarlaşır. Botoks preparatı vərdişlik yaratmır və ciddi yaş məhdudiyyəti yoxdur. Əsasən bu proses dörd sahəni əhatə edir: alın, gözətrafı sahə, burun, dodaq və boyun qırışları. Botoks ilk dəfə 4 aydan bir , sonra 6 aydan bir, daha sonra isə ildə bir dəfə vurulur.

Dolğu

Zamanla dəridə bəzi çuxurlar və qırışlar əmələ gəlir. Bu qırışları və çuxurları doldurmaq üçün təbii gellərdən istifadə olunur. Silikondan fərqli olaraq təbii gellər üz toxumaları tərəfindən mənimsənilir. Bu dolğu maddələri iynəylə dəri altına yeridilir. Dolğu prosesinin tətbiq olunduğu hissələr : dodaqlara həcm vermək, yanaqla burun arasındakı gülüş xətlərinin, göz altındakı çuxurların doldurulması, cənə ucunun görünüşünün düzəldilməsi, əlin üstündə olan qırışların hamarlanması. Düzgün yerinə yetirilən dolğu proseduru ağrısız və təhlükəsizdir

Pilinq

Pilinq – hər bir dəri növü və yetkinlik yaşından etibarən hər kəs üçün uyğun olan unikal prosedurdur.
Sağlam və cavan dəri üçün pilinq dəri hüceyrələrinin yenilənməsi məqsədilə tətbiq edilir. Dəridəki ölü hüceyrələri təmizləmədikdə məsamələrin tutulması baş verir. Bu isə dərinin nəfəs almasına mane olur, nəticədə dərinin rəngi boğulur. Dərini gözəlləşdirmək və sağlam görunuşə qovuşdurmaq üçün bir neçə növ pilinq tədbiq edilir.
Pilinqdən sonra dəridə qızartı və soyulmalar meydana gələ bilər. Bu zaman bərpaedici və nəmləndirici kremlərdən istifadə olunur. Pilinq olunmuş dərini günəşdən qorumaq lazımdır.

PRP – plazma-liftinq

PRP – həm kosmetik, həm də müalicə məqsədilə tətbiq olunan tibbi prosedurdur.
Bunun üçün pasiyentdən 9-10 qrama yaxın qan götürülüb sentrifuqadan keçirilir, ümumi kütlədən ayrılmış trombositlərə aktivləşdirici maddə əlavə olunur və şprisə doldurularaq pasientə vurulur.
Bu qatqı dermotologiyada üzə, başin tüklü hissəsinə və digər bölgələrə vurulur.
Ləkələrin müalicəsində, dərinin gəncləşdirilməsində, hələ dərinləşməmiş qırışların aradan qaldırılmasında tətbiq edilən bu metod akne müalicəsində və saç tökülməsində də istifadə olunur.
Plazma-liftinqi ayda 1-2 seans olmaqla, 4-6 seans təkrarlamaq olar.

Mezoterapiya

Mezoterapiya – müxtəlif dərman kokteyllərinin, bioloji aktiv maddələrin – vitaminlərin, mikroelementlərin, amin turşularının kiçik porsiyalarla dəriyə və dəri altına yeridilməsidir. Bu prosedurdan sonra dəri çox gözəl, təravətli olur. Mezoterapiya usulundan saç tökülməsinin, yara yerlərinin və sellülitin müalicəsində, o cümlədəd hamiləlik zamanı meydana gələn çatlaqların yox edilməsində geniş istifadə olunur.
Mezoterapiya proseduru həftədə 1 dəfə olmaqla bir ay davam edir.

İnterpress.az