Tərkib
3 ədəd toyuq filesi
1 ədəd limon
1 ədəd qırmızı bibər
1 ədəd sarı bibər
Marinad üçün:
1 ç.q. xardal
3 x.q. zeytun yağı
1 x.q. qurudulmuş tərxun
Duz, istiot
Marinadın hazırlanması:
Kasaya zeytun yağı, xardal, tərxun, duz və istiot əlavə edilib qarışdırılır. Marinaddan 1-2 x.q. götürülür. Toyuq filesi marinadda 1-2 saat saxlanır.
Toyuq filesiı 2 x.q. ayrıca götürülmüş marinadda qızardılır, üzərinə dilimlənmiş limon və halqavarı doğranmış bibər əlavə olunub bişirilir.
İsti-isti bolluca tərəvəz salatı ilə süfrəyə verilir.
İnterpress.az