Yay axşamları üçün samovar çayı ilə içməyə –  çiyələkli kəsmikli piroqbackend

Yay axşamları üçün samovar çayı ilə içməyə – çiyələkli kəsmikli piroq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

Xəmir üçün:

2,5 st. un
2 ədəd yumurta
150 qr kərə yağı
1/3 st.süd
1 ç.q. qabartma tozu

Kəsmikli qat üçün:

400 qr kəsmik
1 ədəd yumurta
1 x.q. şəkər tozu

İçlik üçün:

400 qr çiyələk

Xəmirin hazırlanması:

Yumurta şəkər tozu ilə mikserlə çırpılır. Üzərnə süd, qabartma tozu əlavə edilib qarışdırılır. Un ilə yumşaldılmış kərə yağı umac halına gətirilir. Hər iki qarışıq bir-birinə qarışdırılır.

Kəsmikli qatın hazırlanması:

Kəsmik, yumurta və şəkər tozu mikserlə qarışdırılır.
Xəmir yağlı kağız salınmış formaya yayılır, üzərinə ikiyə bölünümüş çiyələk düzülür.
Çiyələyin üzərinə kəsmikli qarışıq tökülüb yayılır.
Piroq 180 dərəcəyədək qızdırılmış sobada 40-45 dəq. bişirilir.

İnterpress.az