Turizm  sektorunda yeni qanun layihəsi hazırlanırbackend

Turizm sektorunda yeni qanun layihəsi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a Azərbaycan Sağlamlıq Terminal Turizminə Dəsətk Assosasiyasının rəhbəri Ruslan Quliyev deyib.

Onun sözlərinə görə, 1999 – cu ildə hazırlanmış qanun artıq köhnəlib. Hər kəs də bunu etiraf edir. Bunun üçün də yeni qanun layihəsi hazırlanır:

“ Ölkə rəhbərliyinin dəstəyi ilə bütün turizm sahəsində çalışan insanlar sözü gedən qanunun müzakirəsində aktiv iştirak edirlər. Millİ Məclisin Sosial İnkişaf Komitəsi də , alt komitələr, sektor nümayəndələri, Qeyri Hökümət Təşkilatları digər qrumlar bu qanun müzakirəsinə səfərbər olublar. Əlbəttə ki, Azərbaycanda turizmin inkişafında çox səmərəli fərmanlar və qərarlar qəbul olunub. Bu proses davam edir. Hazırlanan yeni qanun layihəsində müxtəlif vergi güzəştlərinin təşkil olunması, azad zonaların yaradılması kimi məsələlərə toxunulub”.

Gülşanə Mustafayeva
İnterpress.az