Manat likvidliyinin artırılması üçün nə etməli?backend

Manat likvidliyinin artırılması üçün nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.

\”Bu tədbirlər bankların həm kapitallaşmasını dəstək verəcək, həm də əlavə likvid vəsaitlərin cəlb olunmasına səbəb olacaq. Paralel olaraq bank sektoruna inam da artacaq. Mərkəzi Bank bu gün birdən-birə likvidliyi artıra bilməz. Bu proses tədricən, yəni ÜDM artdıqca baş verə bilər. ÜDM-in artırılması üçün realı sektora yatırılacaq vəsait lazımdır. Mərkəzi Bank əlavə olaraq manat çap edib dövriyyəyə buraxsa, bu valyuta bazarına təzyiq göstərə bilər. Biz təklif etmişik ki, Dövlət Neft Fondunun aktivlərinin 5%-i milli valyutaya yatırılsın. Bunun bazara heç bir təsiri yoxdur. Bu vəsait hökumətin prioritet hesab etdiyi layihələrə yönələ bilər. Manat likvidliyinin artırılmasının başqa bir yolu odur ki, hökumətdə hecinq fondu yaradılmalıdır. Bununla da banklar dollar vəsaitlərini manata çevirib real sektora yönəldə bilər. Digər tərəfdən manatın məzənnəsinin yeni rəsmi dəhlizi formalaşmalıdır. Dəhlizin yaradılması insanlar əminlik verə bilər. Bunların ikisindən birini etmək tövsiyə olunur\”, – deyə C. Abdullayev bildirib.

SAAT 12:32

\”Bank sektoruna dəstək verilməzsə, bankların üzləşdiyi çətinlikdən müstəqil şəkildə çıxmaq mümkün deyil\”.

Bunu \”Gələcəyə baxış: Azərbaycanın bank sektorunun üzləşdiyi risklər və çağırışlar\” adı altında risklərin idarəedilməsi forumunda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.

\”Real sektorun inkişafı üçün manat çatışmır. Mərkəzi Bank manat çap edib bazara buraxsa, əlavə gərginlik yarana bilər. Banklar Assosiasiyası manat likvidliyinin artırılması üçün hökumətə xüsusi təkliflər paketi təqdim edib\”, – deyə C. Abdullayev qeyd edib.

(APA)

İnterpress.az