\”Reuters\” agentliyinin yaydığı məlumata görə,\”ONGC Videsh Limited\” AÇQ-dəki 2,72%-lik payını sataraq \”sırf neft biznesinə fokuslanmaq niyyətindədir\” və bununla bağlı SOCAR-la müqavilə imzalayıb. Müqavilənin detalları açıqlanmır.
\”Azəri\”, \”Çıraq\” yataqlarının və \”Günəşli\” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (35,78%), ABŞ-ın \”Chevron\” (11,27%), \”ExxonMobil\” (8,0006%), Hindistanın \”ONGC Videsh Limited\” (2,72%), Yaponiyanın \”Inpex\” (10,96%), \”Itochu\” (4,3%), SOCAR (11,65%), Norveçin \”Statoil\” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir. (apa)
İnterpress.az