Aktivlərin 3,77 mlrd. manatı uzunmüddətli, 485,229 mln. manatı isə qısamüddətlidir.
Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 7,16% artaraq 3,5 mlrd. manata çatıb ki, bundan təxminən 2 mlrd. manatı uzunmüddətli, 1,5 mlrd. manatı isə qısamüddətli öhdəliklərdir.
Uzunmüddətli öhdəliklərin strukturuna nəzər salsaq görərik ki, 1,659 mlrd. manat ssudalar və borc vəsaitlərinin uzunmüddətli hissəsi, 234,677 mln. manat dövlət subsidiyalarının payına düşür.
Qısamüddətli öhdəliklərin tərkibində isə 725,012 mln. manatla ssudalar və borc vəsaitlərinin qısamüddətli hissəsi, 482,049 mln. manatla ticarət və digər kreditor borcları yer alıb. Ötən il ərzində ASC-nin nizamnamə kapitalı dəyişməyərək 1 mlrd. 760,495 mln. manat olaraq qalıb.
Şirkətin məcmu kapitalı isə 2015-ci ildə 67,19% azalaraq 759,234 mln. manata çatıb. “Azərenerji”nin yığılmış zərəri 1 mlrd. 550,428 mln. manat səviyyəsinə yüksəlib. Şirkət ötən ilin 870,530 mln. manat zərərlə başa vurub.
İnterpress.az