Ölmüş adama kredit verən bank – Aylıq monitorinqbackend

Ölmüş adama kredit verən bank – Aylıq monitorinq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesabata görə, 2016-ci ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 26514 xəbər yerləşdirilib.

Bunlardan 9750 xəbərdə bilavasitə konkret bankın adı çəkilib: 9362-si neytral, 353-ü mənfi, 35-i isə müsbət xəbərdir.

Müsbət xəbərlər arasında liderlər: Unibank Kommersiya Bankı (15 xəbər – şahmat üzrə banklar arasında keçirilən çempionatın qalibi oldu), PAŞA Bank (13 xəbər – 2015-ci ilin yekunlarına görə Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb), AGBank (6 xəbər – mükafatlandırılıb).

Mənfi xəbərlər arasında “liderlər”: Parabank (93 xəbər – Azərbaycanda ölü adama kredit verildi – şok hadisə), Azərbaycan Beynəlxalq Bankı (67 xəbər – bankın Ağdaş filialinin sabiq müdirinin müdhiş saxtakarlığı), DəmirBank (64 xəbər – bankda müdhiş maxinasiya: əmanətçilərin 3 milyon manatı mənimsənildi).

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 1892 xəbər
2. Kapital Bank 788 xəbər
3. Bank Standard 624 xəbər
4. Bank of Baku 435 xəbər
5. Unibank Kommersiya Bankı 326 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1784 xəbər dərc edilib – bunlardan 461 xəbərdə birbaşa hər hansı bir bankın adı çəkilib: 454 xəbər neytral, 6 xəbər mənfi, 1-i isə müsbət xəbərdir.

Parabank (3 xəbər – rəhmətə getmiş şəxsə krediti necə verib?), Amrahbank (1 xəbər – Bərdədə bankın qoçu dəstəsi sakinləri zoraklığa məruz qoyub?), DəmirBank (1 xəbər – bank əmanətçiləri niyə aldadır?), Kapital Bank (1 xəbər – bankın Şirvan filialında fırıldaqlıq) mənfi xəbərlər arasında liderdirlər.

Müsbət xəbər isə Paşa banka məxsusdur: 2015-ci ilin yekunlarina görə bank Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb.

Xəbər sayına görə sıralama:

1. Azərbaycan Beynəlxalq Bankı 132 xəbər
2. Bank Standard 50 xəbər
3. Kapital Bank 33 xəbər
4. AtaBank 24 xəbər
5. AGBank 18 xəbər

May ayında televiziya kanallarında banklar haqqında 449 xəbər göstərilib – 73 xəbərdə konkret bankın adı çəkilib: 2 mənfi, 71 isə neytral xəbər göstərilib.

Mənfi xəbərlər Para Banka məxsusdur: Azərbaycanda ölən şəxsin adına kredit rəsmiləşdirildiyi iddia olunur.

Xəbər sayına görə sıralama:

1. Bank Standard 22 xəbər
2. Azərbaycan Beynəlxalq Bankı 21 xəbər
3. VTB Bank 5 xəbər
4. Caspian Development Bank 5 xəbər
5. Bank of Azerbaijan 3 xəbər

May ayında radio kanallarında banklar haqqında 56 xəbər səsləndirilib ki, onlardan 5 neytral xəbərdə iki bankın adı çəkilib.

1. Bank Standart 4 xəbər
2. VTB bank 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.(AzNews.az)

İnterpress.az