Qarabağa gələn könüllü ermənilərə gündəlik 10 dollar veriləcəkbackend

Qarabağa gələn könüllü ermənilərə gündəlik 10 dollar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Dağlıq Qarabağ rejimi “orduda” xidmət edən könüllüləri həvəsləndirmək üçün pul ödəməyə başlayıb.

Bu barədə açıqlamanı Dağlıq Qarabağın “baş naziri\”nin mətbuat katibi Artak Beqlaryan verib.

O deyib ki, “hökumət” könüllülərə gündə 5000 dram (10.4 dollar) ödəyəcək. Könüllü əsgərlər ödənişlərdən bu gündən yararlana biləcəklər.

Bu pulu ilk növbədə işləməyənlərə, əvvəl dövlət idarələrində işləyib az əmək haqqı alanlara verəcəklər. Ödənişlər barədə qərar mayın 31-də könüllülərin iclasında qəbul edilib.

Həmçinin Ermənistanın Müdafiə Nazirliyi aprelin əvvəlində könüllülərə avans olaraq müəyyən miqdarda pul verib.

Erməni könüllülərErmənistan ordusunun \”könüllü\”ləri

Aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklər zamanı Ermənistan ordusundə əsgər çatışmazlığı yaranmışdı.

Bu səbəbdən onlar yaşları 60-65 arası qoca kişiləri orduya cəlb edirdilər. Azərbaycanın cavab tədbirləri zamanı Ermənistan ordusunun beş könüllüsü öldürülmüşdü.(ans)

İnterpress.az