SOCAR Natiq Əliyevin nəzarətinə verildibackend

SOCAR Natiq Əliyevin nəzarətinə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə etibarlı mənbələrdən AzToday.az-a bildirilib.
Məlumatda bildirilir ki, artıq SOCAR rəhbərliyi Natiq Əliyevin icazəsi olmadan heç bir iş görmək səlahiyyətində deyil. Konkret olaraq SOCAR-ın bütün xərcləmələri ilə bağlı son sözü energetika naziri deyir.

Qeyd edək ki, Dövlət Neft Şirkəti Energetika Nazirliyinə tabe olan təsərrüfat hesablı şirkətdir. Üzun müddət idi ki, bu tabeçilik formal xarakter daşıyırdı. Natiq Əliyev demək olar ki, SOCAR-la bağlı məsələlərdə söz haqqını itirmişdi. 2005-ci ildə ARDNŞ prezidenti vəzifəsindən çıxarılaraq energetika və sənaye naziri təyin edilən Natiq Əliyevin nazir postunun faktiki olaraq heç bir səlahiyyəti yox idi.

İndiyə kimi, SOCAR-da şirkətin prezidenti Rövnəq Abdullayev əsas söz sahiblərindən biri idi.

SOCAR-a nəzarətin Natiq Əliyevə verilməsinin əsas səbəbi Dövlət Neft Şirkətinin maliyyə axınlarının şəffaf olmaması və şirkət rəhbərliyinin bizə qaranlıq qalan hərəkətlərinin siyasi hakimiyyət tərəfindən qəzəblə qarşılanması olduğu deyilir…