ABŞ-da neft şirkətləri fəaliyyətlərini bərpa edirlərbackend

ABŞ-da neft şirkətləri fəaliyyətlərini bərpa edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Baker Hughes\”ə hesabatlarına görə ABŞ-da aktiv neft quyularının sayı 2014-cü il oktyabr ayında ekord 1 609 ədəd təşkil edib. Hazırda aktiv neft quyularının sayı maksimal səviyyədən 1 284 ədəd və ya 5 dəfə azdır.

Keçən həftə Avstraliyanın 4-cü ən böyük bankı olan \”Australia and New Zealand Banking Group\”un (ANZ) analitiki Daniel Haynz (Daniel Heinz), açıqlamasında ABŞ-ın hazırda mövcud 8,8 mln. barel/gün olan neft hasilatını sabit saxlaması üçün 439 aktiv quyuya sahib olduğunu bildirib.

Ümumiyyətlə, ABŞ-ın tarixi maksimal gündəlik neft hasilatı 2015-ci ilin iyununda 9,61 mln. barel həcmində qeydə alınıb. Hazırda gündəlik hasilat maksimal hədlə müqayisədə 8,4% aşağıdır.

Hesab olunur ki, neft quyularının sayının artması ABŞ-da neft hasilatını qısa müddət ərzində artmasına səbəb olacaq. Bu da qısa zamanda dünyada neft təklifinin artmasına səbəb olacaq. Neft qiymətlərinin 50 dollar/barel səviyyəsini keçməsi bir müddət sonra qiymətlərin kəskin düşməsinə səbəb olacaq. İlin sonuna neft qiymətlərinin 40 dollar/barel səviyyəsində tarazlanacağı ehtimal edilir. (musavat)

İnterpress.az