Bunu İnterpress.az-a açıqlamasında elm və təhsil komitəsinin üzvi Millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, bu tərcürbədə Azərbayacan çox gecikib: \” Buna görə də tez bir zamanda qanun qəbul olunduqdan sonra adiyiyatı qrumlar proqramın icrasını sürətləndirməlidir. Bu proqramın tətbiqi uşaqların həm istirahəti üçün, həm də dünya görüşünün artırmasında əhəmiyyətlidir\”.
Dərs ilinin son günlərində adətən şagirdlərdən pul yığılaraq turlar təşkil edilir. Bəs məktəb turizm proqramının icrasına başlanılandan sonra bu səfərlərin maliyə vəsayitini məktəb, yoxsa valideyn qarşılamamlıdır?-sualını şərh edən A.Mollazadə bunu məktəb öz büdcəsi hesabına təşkil etməli olduğunu düşündüyünü bildirib. Qanun qəbul olunanadan sonra icrası daha dəqiq bəlli olacaq.
Məktəb turizm proqramının nə kimi əhəmiyyəti olacaq? sualını Təhsil üzrə ekspert , Nabatəli Qulamoğlu isə, xalqın həyat səviyyəsi yüksəkolmadan məktəb turizmi inkişaf edə bilməz ifadəsilə fikrini yekunlaşdırıb.
Xatırladaq ki, yaxın günlərdə Milli Məclisdə turizmlə bağlı yeni qanun layihəsi müzakirə olunub. Qanun layihəsində bir çox məsələlərı o cümlədən, Azərbaycanda məktəb turizminin təşkil edilməli olduğuna da toxunulub.
İnterpress.az
Gülşanə Mustafeyva