Avro manata qarşı 1% zəifləyibbackend

Avro manata qarşı 1% zəifləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% möhkəmlənərək 1,5114 manat təşkil edib.

Avro isə manata qarşı zəifləyib. Avrozonanın vahid valyutası manata nisbətən 0,8% ucuzlaşaraq 1,7070 manata çatıb.

Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 0,42% zəifləyərək 0,0235 manat olub.

Türkiyə lirəsi də manata nisbətən zəifləyib. Belə ki, qardaş ölkənin milli valyutası 0,1% zəifləyərək 0,5212 manata çatıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1835 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 0,2%-lik eniş nümayiş etdirib.

Gürcüstan larisi isə 0,03% ucuzlaşaraq 0,7096 manata çatıb.

İnterpress.az