Bakıda Məhəmməd Əliyə ehsan verən axund danışdıbackend

Bakıda Məhəmməd Əliyə ehsan verən axund danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilir ki, Məhəmməd Əliyə ehsan verən şəxs Hacı Soltan Əlizadədir.

H.S.Əlizadə Buzovna qəsəbə Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı alim və yazıçıdır. O, açıqlamasında bu gün məşhur idmançı üçün ehsan süfrəsinin açılacağını təsdiqləyib: “Mən onun həm insan, həm də idmançı kimi pərəstişkarıyam. 1997-ci ildə Məhəmməd Əli haqqında “Boksun şahı Məhəmməd Əli” adlı kitabım çap edilib.

O vaxt kitabı Boks Federasiyasının prezidenti Ağacan Abiyevə təqdim etdim. Ağacan müəllim kitabın redaktoru oldu, həm də ön söz yazdı. Bir müddət sonra Ağacan Abiyev idmançılarla birgə Amerikaya gedəndə mənim də ora gedib, Məhəmməd Əli ilə görüşmək imkanım yaranmışdı. Amma gedə bilmədim. Sağ olsun, Ağacan müəllim kitabımı aparıb Məhəmməd Əliyə verdi. Həm də xahiş etmişdim ki, mənim üçün onun imzalı fotosunu gətirsinlər.

Məhəmməd Əli isə mənə 300 fotodan ibarət albomunu göndərmişdi, üstündə də iki yerdən imza atmışdı”.

Bakıda Məhəmməd Əliyə ehsan verən axund danışdı

H.S.Əlizadə əlavə edib ki, Ramazan ayı ərzində hər gün iftar süfrələri təşkil edilir və bu gün də qaydası üzrə süfrə açılacaq: “Biz qərara gəldik ki, bugünkü iftarı məhz Məhəmməd Əlinin ruhuna ithaf edək. O, bütün dünya üçün sülh elçisi idi, həyatı, seçimləri ilə irqindən, dinindən asılı olmayaraq hamı üçün nümunə idi”.

Qeyd edək ki, ötən həftə dünyasını dəyişən Məhəmməd Əli bu gün dəfn ediləcək. (lent.az)

İnterpress.az