Şəhid atasının kredit borcu silindibackend

Şəhid atasının kredit borcu silindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerli KİV-lərdə və sosial şəbəkələrdə aprel döyüşlərində şəhid olan hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadənin atası çətin durumda olması ilə bağlı xəbərlər yer alıb.

Məlumata görə, şəhid atası Kamran Adilzadə banka olan kredit borcunu ödəməkdə çətinlik çəkir.

Şəhd atası bildirib ki, ötən il yanvar ayında “Azərkredit” bank olmayan kredit təşkilatından 1300 dollar kreditə pul götürüb.

“1 il 4 aydır ki, pul ödəyirəm. Yenidən müqavilə bağlanıb ki, 1240 manat borcum var. Bildirilər ki, 1240 manatın üzərinə faiz gəlmir. 4 il müddətinə ayda 26 manat ödəməlisən. Ödəməsəm məhkəməyə verəcəklər. Şəhid atası olduğum üçün “Kapital” bank 600 manat borcumu bağışladı. Bunlar isə bağışlamır”.

Adıçəkilən “Azərkredit” bank olmayan kredit təşkilatının marketinq şöbəsindən saytımıza bildiriblər ki, onlar xaricdən maliyyələşdiyi üçün krediti tam bağışlaya bilmirlər.

Onu da qeyd ediblər ki, “Azərkredit” BOKT tərəfindən şəhid ailələrinə güzəştlər olur.

Əməkdaşımız şəhid atasının problemi ilə əlaqədar Mingəçevirdən seçilən deputat Aydın Mirzəzadə ilə əlaqə saxlayıb. Deputat telefon zəngindən yarım saat sonra millət vəkili redaksiyamıza telefon açaraq şəhid atasının kredit probleminin həll olunduğunu bildirib.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Adil Adilzadə aprel döyüşlərində şəhid olub. O döyüş zamanı 17 erməni hərbçisini məhv edib. 2016-cı ilin 11 aprel tarixində Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb. 21 may tarixində Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə \”Hərbi xidmətdə fərqlənməyə görə\” 3-cü dərəcəli medalı ilə təltif edilib.(azvision.az)

Interpress.az