Tarif Şurasının səlahiyyətlərindən biri ləğv edildibackend

Tarif Şurasının səlahiyyətlərindən biri ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilir ki, indiyə qədər “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”na əsasən məhsulun sertifikatlaşdırılması üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənilib.

Dəyişikliyə əsasən isə Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti ləğv edilib. Başqa sözlə, bundan sonra məhsulun sertifikatlaşdırılması xidmətinə görə dövlət rüsumu ərizəçi tərəfindən ödəniləcək.

“Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nda da müvafiq dəyişiklik edilib. İndiyə qədər baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə verilibsə, bundan sonra baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə dövlət rüsumu ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə veriləcək. (apa.az)

İnterpress.az